“Navalnı deyirdi ki, onu içəridə zəhərləyirlər”- Vəkil

Həbsxanada ölən rusiyalı müxalifətçi Aleksey Navalnı həbsxanada zəhərlənə biləcəyindən ehtiyat edirdi.

Azpost.info xəbər verir ki, bunu onun keçmiş vəkili Olqa Mixaylova bildirib.

“O, mənə deyirdi ki, paranoyak görünməkdən qorxuram, amma deyəsən burada məni zəhərləyirlər. Həbsxanadan çıxan kimi dərhal bu barədə “Tviter”də yazdım”, – vəkil deyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı Rusiya Baş prokuroruna, Federal Penitensiar Xidmətin direktoruna və Rusiyadakı İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkovaya da şikayət etmişdi.

Azpost.info

Əvvəlki məqalə

Bayden və Tramp ABŞ-ın əsas ştatı uğrunda mübarizəyə başladı

Sonrakı məqalə

Şahbaz Şərif Prezident İlham Əliyevə təşəkkür edib