“ABŞ Aleksey Navalnının həbsxanada öləcəyi təqdirdə, Rusiya üçün nəticələrin olacağını bildirir”.
Bunu bazar günü ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan CNN-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ tərəfi Rusiya rəhbərliyinə həbsdə olan Navalnının başına gələn hər şeyə görə cavabdeh olduğunu, bununla bağlı beynəlxalq ictimaiyyətə cavab verəcəklərini bildirib: “Tətbiq edə biləcəyimiz konkret tədbirlərə gəldikdə, onları həyata keçirməyin müxtəlif yollarını nəzərdən keçiririk, bu mərhələdə bunlar barədə açıq danışmayacağam, ancaq Navalnının öldüyü təqdirdə, nəticələrinin olacağını söylədik”.