Navalnı ilə vida mərasimində saxlanılanlar olub- FOTO

Həbsxanada ölən rusiyalı müxalifət lideri Aleksey Navalnı ilə vida mərasimində saxlanılanlar olub.

Azpost.info xəbər verir ki, jurnalist Aleksandr Plyuşşov vida mərasimində həbsin ilk videosunu yayıb.

Videoda polis əməkdaşları kişinin əllərini arxasına bükərək maşına mindiriblər. Onun hansı səbəbdən saxlanıldığı məlum deyil.

Mərasim zamanı bir neçə başqa şəxsin də saxlanıldığı bildirilir.

“Çox güman ki, bu, fəalları və Navalnının tərəfdarlarını qorxutmaq üçün edilir”, – OVD-İnfo yazır.

Navalnı ilə vidalaşmağa bir neçə min insan, o cümlədən siyasətçilər Yevgeni Royzman, Boris Nadejdin və Yekaterina Duntsova, həmçinin Fransa, Almaniya və ABŞ səfirliklərinin nümayəndələri gəlib.

İkonu kilsəsində siyasətçinin dəfn mərasimi başa çatıb, Navalnının cəsədi olan tabut Borisov qəbiristanlığındaki məzara endirilib. Hazırda qəbiristanlıq müxalifət tərəfdarlarının keçidi üçün bağlıdır, girişdə mülki geyimli şəxslər növbətçilik edir.

Azpost.info

 

Əvvəlki məqalə

Ermənistan Rusiya sərhədçilərini İrəvan hava limanından çıxarmağa hazırlaşır

Sonrakı məqalə

Sonuncu Aİ ölkəsi də Rusiya neftini almaqdan imtina etdi