Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Avqustun 31-i saat 20:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Əvvəlki məqalə

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə adlayıb

Sonrakı məqalə

“Bölgədə “blokada” olması iddialar qəbuledilməzdir” –