Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Naxçıvanda ildə cəmi 7 nəfər ipoteka krediti ala bilir

User 30 İyul 2025 - 17:14 (Last updated: 30 İyul 2025 - 17:14)
ipotek

Naxçıvanda ildə cəmi 7 nəfər ipoteka kreditindən yararlana bilir.

Bunu Hesablama Palatasının “Naxçıvan İpoteka Fondu”nda apardığı auditin nəticələri ortaya çıxarıb. Aparılan audit əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının məhdud olduğunu üzə çıxarıb.

Məlumata əsasən, güzəştli ipoteka kreditləri dövlət büdcəsi hesabına maliyyələşdirilsə də, adi ipoteka kreditləri (8%-lə) yalnız Fondun yığılmış daxili vəsaiti hesabına verilir. Bu mənbənin illik həcmi isə orta hesabla cəmi 1 milyon manat təşkil edir ki, bu da ildə təxminən 7 nəfərin ipoteka kreditindən yararlanmasına imkan verir.

Hesabatda vurğulanır ki, bu rəqəm əhalinin mənzilə olan yüksək tələbatı fonunda çox aşağı göstəricidir və ipotekaya çıxış imkanlarının məhdudluğunu əyani şəkildə göstərir.

Bundan əlavə, ipoteka kreditlərinin əldə edilməsi üçün elektron müraciət sisteminin olmaması, vətəndaşların həm Fond, həm də müvəkkil banklara dəfələrlə müraciət etməsinə və prosesin uzanmasına səbəb olur. İllik müraciətlərin sayı 450-dən çox olsa da, yalnız az bir qismi təmin olunur.

Hesablama Palatası bu vəziyyəti əhalinin mənzil təminatında ciddi məhdudiyyət və şəffaflıq problemi kimi qiymətləndirib.

AzPost.az

Post navigation

Previous: “Putin sülhü Trampa baha satmaq istəyir” –
Next: Tramp Hindistana 25 faizlik tarif vergisi tətbiq edib

Oxşar xəbərlər

bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 16 Noyabr 2026 - 09:20
Pensiya
  • İqtisadiyyat

Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib

User 13 Noyabr 2026 - 12:09
valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 13 Noyabr 2026 - 09:37

xƏBƏR

teyyare qeza rus
  • Sosial

Rusiyada “An-12” təyyarəsi qəzaya uğrayıb, 17 nəfər həlak olub

User 17 Noyabr 2026 - 19:20
Rusiyanın Kemerovo vilayətində təyyarə qəzası baş verib. “NGS42.RU” portalının xəbərinə hadisə noyabrın 17-də Kemerovo vilayətinin Yagunovo kəndi...
Read more about Rusiyada “An-12” təyyarəsi qəzaya uğrayıb, 17 nəfər həlak olub
Qışda səhərlər bu 7 vərdişdən uzaq durun – sağlamlığınıza zərər verə bilər yuxu
  • Maraqlı

Qışda səhərlər bu 7 vərdişdən uzaq durun – sağlamlığınıza zərər verə bilər

User 17 Noyabr 2026 - 18:40
Camış əti və süni kürü… 41 şadlıq sarayında ciddi nöqsanlar aşkarlandı Toy
  • Sosial

Camış əti və süni kürü… 41 şadlıq sarayında ciddi nöqsanlar aşkarlandı

User 17 Noyabr 2026 - 18:18
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib ƏSAS FOTO 800x500 (15)
  • Media

Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

User 17 Noyabr 2026 - 18:11
Güzəştli mənzili kimlər ala bilər? -Hüququ olan şəxslərin tam siyahısı menzil dizayn
  • Baş Yazı

Güzəştli mənzili kimlər ala bilər? -Hüququ olan şəxslərin tam siyahısı

User 17 Noyabr 2026 - 17:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.