Naxçıvanda yaşamaq üçün icazə vəsiqəsini itirən 98 əcnəbi aşkarlanıb

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.

Xidmət tərəfindən Muxtar Respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 98 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.

Ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 415 müraciət daxil olub. Daxil olan müraciətlərdən 186-sı əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 229 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 62-si elektron poçt üzərindən qəbul edilib. (APA)

Əvvəlki məqalə

“Ordumuzun atəşi ilə Ermənistan hərbçisinin yaralanması barədə məlumat yalandır”

Sonrakı məqalə

“Gel dırnaqlar”ın gətirdiyi ölümcül təhlükə