Naxçıvanda zəlzələ olub

22 Yanvar 2021 - 02:31

Yanvarın 21-də Şahbuz stansiyasından 12 km şimal-qərbdə Şahbuz rayonunda zəlzələ olub. Zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqəlində isə 3 bala qədər hiss edilib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 23:23-də qeydə alınıb.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.