Naxçıvanla sərhəddə Peyğəmbərin silahdaşı haqqında serial çəkilir –

FOTO
07 Sentyabr 2021 - 15:27

İranda Peyğəmbərin və xəlifə imam Əlinin yaxın əshabəsi olmuş Salman Farsinin həyatı haqqında serial çəkilir. 

Azpost.info İSNA-ya istinadən bildirir ki, serialın çəkilişi Araz çayının kənarında Culfa şəhərinin Siyah Rud bölgəsində davam etdirilir.

İran Dövlət Televiziyasının rəhbəri Əli Əskəri bildirib ki, tezliklə serialın çəkilişləri başa çatacaq və serial müxtəlif dillərə tərcümə olunacaq və müxtəlif ölkələrdə yayımlanacaq.
Serial İran İslam Respublikasının Dövlət Televiziyasının sifarişi ilə tanınmış kinorejissor, “Muxtarnamə” serialının rejissoru olmuş Davud Mirbaqiri tərəfindən çəkilir.
Serialın çəkilişinə 2019-cu ilin dekabr ayından başlanılıb.  Serialda Salman Farsinin həyatından – uşaqlıq illəri, gənclik illəri, İslam dinini qəbul etdiyi və Peyğəmbərlə (s) bir olduğu dövr, ölümündən – bəhs edilir.
40 seriadan ibarət olacaq filmin hər bölümü 50-55 dəqiqə olacaq.