Nazarbayev ürəyindən əməliyyat olunub

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev ürəyindən əməliyyat olunub.

Azpost.info xəbər verir ki, bu barədə Nazarbayevin mətbuat katibi Aydos Ukibay məlumat verib.

“Nursultan Nazarbayev ürəyindən əməliyyat olunub. Əməliyyat uğurlu keçib. Keçmiş prezidentin həyatına heç bir təhlükə yoxdur. Hazırda o, müşahidə altındadır. Əməliyyat Astanada Elmi Ürək Cərrahiyyə Mərkəzində məşhur kardiocərrah Yuri Pyanın rəhbərliyi altında keçirilib”, – Ukibay “Tviter”də yazıb.

Azpost.info

 

Əvvəlki məqalə

“Ukraynadakı münaqişə ABŞ və müttəfiqlərinə böyük pullar qazandırır”

Sonrakı məqalə

Amitabh Baççan Ronaldo ilə birlikdə –