“Ukraynadakı münaqişə ABŞ və müttəfiqlərinə böyük pullar qazandırır”- SƏFİR

“ABŞ və müttəfiqləri Rusiyaya qarşı hibrid müharibəyə başlayıblar”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

“Amerikalılar və onların müttəfiqləri öz ərazimizdə Rusiyaya qarşı geniş hibrid müharibəyə başlayıblar”, – səfir bildirib.

O əlavə edib ki, Birləşmiş Ştatlar eyni zamanda Şimali Atlantika Alyansındakı müttəfiqlərinə böyük pullar qazandırır.

Antonovun sözlərinə görə, ABŞ-ın hərbi-sənaye kompleksi hətta “soyuq müharibə” dövründə belə pullar görməyib.

Səfir Moskva adından Vaşinqtona xəbərdarlıq edib ki, onların tutduğu kurs dünyanı fəlakətli ssenariyə aparır. O, həmçinin bəyan edib ki, Rusiya rəhbərliyində heç kim nüvə silahından istifadə ilə hədələməyib.

Azpost.info

Əvvəlki məqalə

“Ermənistan danışıqlar prosesini dalana dirəyib” –

Sonrakı məqalə

Nazarbayev ürəyindən əməliyyat olunub