Nazir Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin direktorunu işdən çıxartdı

27 Noyabr 2019 - 10:48
Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin direktoru işdən çıxarılıb.
Azpost.info bildirir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə, Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin direktoru Əkbər Ağayev vəzifəsindən azad edilərək təqaüdə göndərilib.
Nazirin digər əmri ilə həmin vəzifəyə Tural Rzayev təyin edilib. T.Rzayev bu təyinata qədər 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri işləyib.
Xəbəri Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzindən təsdiqləyiblər.