Nazir sahibkarlara verilən subsidiyanın məbləğini açıqladı

07 İyul 2021 - 19:25

Pandemiyadan zərərçəkmiş sahələrə dəstək tədbirləri çərçivəsində mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə sahibkarlardan indiyədək 5463 müraciət daxil olub, bunlardan 4497-nə (82,3 faiz) subsidiyanın verilməsi barədə müsbət qərar qəbul edilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, təsdiqlənmiş subsidiyanın məbləği 57 milyon manatdır.