Nazirlər Kabineti təhsil haqqına aydınlıq gətirdi:Dövlət neçə semestrin pulunu ödəyəcək?

Nazirlər Kabineti “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərara aydınlıq gətirib.

Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov APA-ya açıqlamasında deyib ki, qərara əsasən, 2019-2020-ci tədris ilinin yaz semestri və 2020-2021-ci ilin payız semestri üçün həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan ali məktəb, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələrinin təhsil haqqı xərcləri tamamilə dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Qərara əsasən, aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:

– ünvanlı dövlət sosial yardımı alanlar;

– hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

– I və II dərəcə əlilliyi olan şəxslər;

– işsiz kimi qeydiyyatda olanlar;

 – yaşa görə əmək pensiyaçıları;

 -yaşa görə sosial müavinət alanlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

20 Yanvar dairəsi söküldü-

Sonrakı məqalə

İşıq limiti 100 kilovatt artırıldı –