Nazirlik:"Bu il əmək müqavilələrinin sayında 100 minə yaxın artım qeydə alınıb"

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq məşğuluq imkanlarının artırılması və qeyri-formal məşğulluğun qarşısının alınması, formal məşğulluğa keçidin stimullaşdırılması istiqamətində görülən kompleks tədbirlər əmək müqavilələrinin sayında artımın davam etməsinə imkan yaradıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, Nazirliyin “Əmək müqaviləsi bildirişi” e-sistemindən əldə olunan məlumata əsasən, əmək müqavilələrinin sayı bu ilin əvvəlindən 1 may 2020-ci il tarixədək 98 min artıb. Əmək müqavilələrində artımın 88 mini özəl sektorun payına düşüb.

Pandemiya ilə əlaqədar iş yerlərinin və əməkhaqlarının qorunması istiqamətində  Nazirlik tərəfindən işəgötürənlərlə, o cümlədən sahibkarlarla mütəmadi işlər aparılıb. Bu istiqamətdə e-sistem üzərindən gündəlik nəzarət həyata keçirilib. İş yerlərinin qorunması təmin edilməklə, eyni zamanda, əmək müqavilələrinin sayında ciddi artımın baş verməsi işəgötürənlərin, həmçinin sahibkarların sosial məsuliyyət prinsipinin daha da gücləndiyini və mövcud şəraitdə sosial həmrəyliyə fəal dəstəyini ifadə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məhər­rəm Əliyev və Elçin Quliyev Ermənistanla sərhəddə yerləşən hərbi hissəyə baş çəkiblər

Sonrakı məqalə

Prezident İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edib