Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Nazirlik Boradigah sakinlərinin internetlə bağlı müraciətinə cavab verdi

User 12 İyun 2023 - 12:30 (Last updated: 21 May 2025 - 20:15)
masalli

Masallı rayonunun Boradigah qəsəbəsində mövcud internet xətlərində tez-tez kəsilmələr baş verir.

Bu barədə Azpost info-ya qəsəbə sakinləri müraciət etmişdilər.

Onların sözlərinə görə, buna səbəb isə xətlərin köhnəlməsidir. Sakinlər deyir ki, uzun müddətdir yenilənməyən xətlər mütəmadi olaraq qırılır və yalnız əraziyə cəlb olunmuş aidiyyəti qurumların əməkdaşlarının müdaxilələrindən sonra internet bərpa olunur.

Bununla bağlı bir qrup sakin qəsəbəyə Fiber Optik internet xidmətinin verilməsi üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət ünvanlayıblar.

Nazirliyin “Aztelekom” MMC-nin Cənub Regional Filialından “Report”a bildirilib ki, Boradigah qəsəbəsi rayonda avtomat telefon stansiyalarının (ATS) qurulduğu ilk məntəqələrdəndir. Qeyd edilib ki, bu gün təkcə Boradigah qəsəbəsində 4 ATS fəaliyyət göstərir:

“Son beş ildə Masallıda rabitə xidməti ardıcıl olaraq yüksələn xətlə inkişaf edib. Rayonda telekommunikasiya sistemi tam kompüterləşdirilib. Həm şəhər, həm də kənd ATS-lərində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Lakin bu gün yeni nəsil texnologiyanın tətbiqi daha sürətli, keyfiyyətli xidmətin təmin olunması zərurətini yaradır. Bu məqsədlə ölkə ərazisində olduğu kimi Masallı rayonunda da yeni yüksək sürətli optik internet şəbəkəsinin tətbiqinə başlanılıb. Artıq şəhər ərazisində, eləcə də bir sıra kəndlərdə layihələr davam etdirilir”.

Filialdan vurğulanıb ki, Boradigah qəsəbə sakinlərinin telefon və internet xidmətinin keyfiyyətindən narazı olmasının səbəbi də bu yeniliklərlə bağlıdır: “Çünki ətrafda 40-50 megabit sürətli internet xidmətini görən, ondan istifadə edən şəxs üçün artıq 1-2 megabit sürət çox zəif hesab edilir və ona görə də daha yaxşısını istəyirlər. Hazırda rayon ərazisində GPON sisteminin tətbiqi davam edir. Artıq Boradigah qəsəbəsinə yaxın Bədəlan kəndində bu işlər yekunlaşmaq üzrədir. Çox güman ki, yaxın vaxtlarda Boradigah qəsəbəsi üçün də belə bir layihə işlənəcək və abonentlərin istifadəsinə veriləcək. Ümumiyyətlə isə 2025-ci ilə qədər optik internet şəbəkəsinin bütün ölkəni əhatə edəcəyi gözlənilir”.

Post navigation

Previous: “Faizi aşağı salsaq camaat banka pul qoymayacaq” –
Next: İtaliyanın sabiq Baş naziri Berluskoni vəfat edib

Oxşar xəbərlər

pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37

xƏBƏR

pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
Arıqlamaq istəyənlərin bir çoxu ilk addım kimi çörəyi, düyünü və digər karbohidratlı qidaları tamamilə menyudan çıxarır, yeməkləri...
Read more about Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi
Gündəlik gəzinti nə üçün vacibdir? gezmek
  • Maraqlı

Gündəlik gəzinti nə üçün vacibdir?

User 24 Oktyabr 2026 - 17:15
Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq? bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20
Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.