Nazirlik koronavirusla bağlı əhaliyə pul yardımı xəbərinə aydınlıq gətirdi:"İşçi qrup tərəfindən təkliflər hazırlanıb"

“Vətəndaşların sosial müdafiəsi ilə bağlı atılacaq addımlar barədə çoxsaylı suallara cavab olaraq bildirim ki, cənab Prezidentin Sərəncamı ilə yaradılmış məşğulluq və sosial məsələlər üzrə işçi qrup tərəfindən təkliflər hazırlanıb”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazıl Talıbov əhaliyə yardım olunacağı ilə bağlı yayılmış məlumatı şərh edərkən deyib.

Onun sözlərinə görə, təkliflər aidiyyəti üzrə təqdim olunub: “Yaxın günlərdə bu barədə ətraflı məlumatlar veriləcək. Xahiş edirəm, hadisələri qabaqlayıb vətəndaşları çaşdıracaq məlumatlar paylaşmayın”.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) pandemiyasının yaratdığı durumla əlaqədar Azərbaycanda yeni sosial paket təsdiqlənəcək. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. “Çox tezliklə, yəqin ki, aprelin ilk günlərində hökumət həm fiziki, həm hüquqi şəxslər, həm də sosial müdafiəyə ehtiyacı olan qrupların sosial müdafiəsi ilə bağlı təklifləri qəbul edərək təsdiqləyəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədə koronavirusdan ölənlərin sayı 131-ə çatıb

Sonrakı məqalə

İtaliyada son sutkada daha 756 nəfər koronavirusdan ölüb