Nazirlik Qarabağda yaralnmış Kənan Musayevə baş çəkdi –Protez və araba veriləcək, təqaüd alacaq

Qazax rayon sakini, Vətən müharibəsində yaralanmış Musayev Kənan Nadir oğlunun ailəsinin ehtiyacları barədə sosial şəbəkədə yayılan məlumatla əlaqədar bildirim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları artıq həmin ailə ilə görüşüblər.

Azpost.info bildirir ki, bu barədə Nazirliyin mətbuat katibi Fazil Talıbov bildirib.

“Kənanın ayağı sağaldıqdan sonra o, protezlə təmin olunacaq. Sabah isə ona əlil arabası veriləcək. Müharibə ilə əlaqədar əlillik dərəcəsi təyin edildikdən sonra Kənana əlilliyə görə müavinət və təqaüd də təyin ediləcək.

Anası Məmmədova Məhəbbət Seyfəddin qızının işsiz olduğu nəzərə alınaraq, o artıq Nazirlik tərəfindən işlə təmin edilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə ordusunun minaaxtaranları işğaldan azad edilmiş torpaqlarda əməliyyata başlayıb –

Sonrakı məqalə

Rusiya sülhməramlı kontingenti üçün növbəti təminat vasitələri gətirilib –