Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma
  • Baş Yazı

Nazirliklər və İcra hakimiyyətləri bu vəzifələrə məmur axtarır

Orkhan Ali 13 Yanvar 2025 - 20:00 (Last updated: 21 May 2025 - 20:15)
Bələdiyyələr

Bələdiyyələr

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi aşağıda göstərilən dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edib.

AzPost xəbər verir ki, sənəd qəbulu 27 yanvar 2025-ci il tarixinədək davam edəcək.
1. Hesablama Palatası (7 vəzifə üzrə 7 yer)
2. İqtisadiyyat Nazirliyi (10 vəzifə üzrə 10 yer)
3. Maliyyə Nazirliyi (3 vəzifə üzrə 3 yer)
4. Kənd Təsərrüfatı Nazirliyi (1 vəzifə üzrə 1 yer)
5. Elm və Təhsil Nazirliyi (3 vəzifə üzrə 3 yer)
6. Mədəniyyət Nazirliyi (1 vəzifə üzrə 1 yer)
7. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (3 vəzifə üzrə 3 yer)
8. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (4 vəzifə üzrə 4 yer)
9. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (1 vəzifə üzrə 1 yer)
10. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (2 vəzifə üzrə 2 yer)
11. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi (1 vəzifə üzrə 1 yer)
12. Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (3 vəzifə üzrə 3 yer)
13. Şəki Apellyasiya Məhkəməsi (1 vəzifə üzrə 1 yer)
14. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi (1 vəzifə üzrə 1 yer)
15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi (1 vəzifə üzrə 1 yer)
16. Kəlbəcər Rayon Məhkəməsi (1 vəzifə üzrə 1 yer)
17. Bakı Şəhər İcra Hakimiyyəti (1 vəzifə üzrə 1 yer)
18. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti (1 vəzifə üzrə 1 yer)
19. Ağdam Rayon İcra Hakimiyyəti (6 vəzifə üzrə 6 yer)
20. Ağdaş Rayon İcra Hakimiyyəti (8 vəzifə üzrə 8 yer)
21. Ağstafa Rayon İcra Hakimiyyəti (1 vəzifə üzrə 1 yer)
22. Beyləqan Rayon İcra Hakimiyyəti (8 vəzifə üzrə 8 yer)
23. Kürdəmir Rayon İcra Hakimiyyəti (1 vəzifə üzrə 1 yer)
24. Qazax Rayon İcra Hakimiyyəti (1 vəzifə üzrə 1 yer)
25. Qusar Rayon İcra Hakimiyyəti (2 vəzifə üzrə 2 yer)
26. Salyan Rayon İcra Hakimiyyəti (1 vəzifə üzrə 1 yer)
27. Samux Rayon İcra Hakimiyyəti (5 vəzifə üzrə 5 yer)
28. Şəmkir Rayon İcra Hakimiyyəti (1 vəzifə üzrə 1 yer)
29. Xaçmaz Rayon İcra Hakimiyyəti (1 vəzifə üzrə 1 yer)
30. Yardımlı Rayon İcra Hakimiyyəti (2 vəzifə üzrə 2 yer)
31. Zaqatala Rayon İcra Hakimiyyəti (1 vəzifə üzrə 1 yer)
32. Zərdab Rayon İcra Hakimiyyəti (2 vəzifə üzrə 2 yer)
33. Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyəti (1 vəzifə üzrə 1 yer)
34. Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyəti (2 vəzifə üzrə 2 yer)
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
1–3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci – üçüncü təsnifatlarına uyğun olan vəzifələrə, habelə 2-ci kateqoriya dövlət orqanlarına aid mərkəzi icra hakimiyyəti orqanlarında, onlara bərabər tutulan orqanlarda (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrə (şöbə müdirləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) iddia edən şəxslər;
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

ali təhsil haqqında sənədin surəti;
əmək kitabçasının surəti;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 13 yanvar 2025-ci il tarixindən 27 yanvar 2025-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Əlaqə məlumatları:

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Post navigation

Previous: Qeydiyyatçı qız klinikanın 74 minini mənimsəyib?
Next: Taksi sürücülərinin diqqətinə!

Oxşar xəbərlər

ilham erdoqan
  • Baş Yazı

Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib”

User 07 Noyabr 2026 - 14:22
Sosial müavinətlər və təqaüdlərlə bağlı
  • Baş Yazı

Ölkədə 2,2 milyon nəfərə hər ay 900 milyon manat ödənilir – Adambaşına nə qədər düşür?

User 07 Noyabr 2026 - 13:56
ilham aliyev
  • Baş Yazı

Hərbçilərə ali hərbi rütbələr verildi – SƏRƏNCAM

User 07 Noyabr 2026 - 13:48

xƏBƏR

Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Türkiyə Cənubi Qafqazdan keçən və regionu Türkiyə ərazisi ilə birləşdirən Orta dəhlizi beynəlxalq ticarət və nəqliyyat əlaqələrinin...
Read more about Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib” ilham erdoqan
  • Baş Yazı

Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib”

User 07 Noyabr 2026 - 14:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.