Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Neft 150 dollara qalxa bilər –

User 10 Sentyabr 2026 - 15:05 (Last updated: 10 Sentyabr 2026 - 14:57)
neft serq

Bank of America analitikləri hesab edirlər ki, ABŞ və İran arasında hərbi əməliyyatların hazırkı intensivliyi davam edərsə və ilin ikinci yarısında Hörmüz boğazının açılması istiqamətində irəliləyiş əldə olunmazsa, dünya bazarında neftin qiyməti bir barel üçün 95-120 dollar səviyyəsində qalacaq.

Associated Press (AP) bankın hesabatına istinadən xəbər verir ki, neftin bu qiymət aralığında qalması Hörmüz boğazında gəmiçilik fəaliyyətinin bloklanmasının davam etməsi şərti ilə mümkündür.

Əgər gərginliyin daha da artması nəticəsində Yaxın Şərqdə iri enerji infrastrukturlarına zərər dəysə, neftin qiyməti 150 dollara qədər yüksələ bilər.

Bununla yanaşı, Bank of America-nın əsas ssenarisinə görə, ilin ikinci yarısında neftin orta qiyməti bir barel üçün 83 dollar təşkil edəcək. Bu ssenari Hörmüz boğazından neft tranzitinin tədricən bərpa olunacağını nəzərdə tutur.

ABŞ və İsrail İranla müharibəyə fevralın 28-də başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb.

Lakin iyulun 8-nə keçən gecə ABŞ İran ərazisinə genişmiqyaslı zərbələri bərpa edib. Vaşinqton İranı əldə olunmuş razılaşmaların, o cümlədən Hörmüz boğazı ilə bağlı şərtlərin pozulmasında ittiham edib.

Dünya neft ticarətinin təxminən 25 faizi və mayeləşdirilmiş təbii qaz ticarətinin təxminən 20 faizi Hörmüz boğazından keçir.

Daha sonra ABŞ administrasiyası İrana qarşı genişmiqyaslı hərbi güc tətbiqindən faktiki olaraq imtina etdiyinə və ölkəni sanksiyalar vasitəsilə iqtisadi cəhətdən sıxışdırmağa çalışacağına dair siqnal verib.

AzPost.az

Post navigation

Previous: Şeron Stoundan gözlənilməz etiraf-
Next: İnsultdan qoruyan 8 qida –

Oxşar xəbərlər

neftimage
  • İqtisadiyyat

Neftimizin qiyməti 127 dollara yaxınlaşır

User 24 Oktyabr 2026 - 10:51
serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
dollar qizil
  • İqtisadiyyat

Qızılın qiyməti ucuzlaşır – 4000 dollar həddi təhlükə altındadır?

User 23 Oktyabr 2026 - 15:23

xƏBƏR

husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, ölkənin cənubundakı Xamis Muşayt hava və...
Read more about Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər
AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…” saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.