Neft Fondu indiyə qədər büdcəyə köçürdüyü neft pullarının məbləğini açıqladı

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2021-ci il 1 iyul tarixinə 116 837 mln. manat həcmində vəsait dövlət büdcəsinə transfert edib.

Bu barədə Neft Fondunun məlumatında deyilir.

Məlumata görə, ARDNF-nin 2021-ci il büdcəsinin icrası çərçivəsində ilin birinci yarısında 4 696,7 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib.

Qeyd edək ki, 2021-ci il iyunun 30-a Fondun aktivləri 2021-ci ilin əvvəlinə (43,564.3 mln. ABŞ dolları) nisbətən 1.24% artaraq 44,104.9 mln. ABŞ dolları təşkil edib. Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb.

Xatırladaq ki, ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Bu dövr ərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf edib, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ermənistanı sərhəd delimitasiyası üzrə danışıqlara çağırırıq” –

Sonrakı məqalə

6 ayda “Azəri-Çıraq” neft yatağından 2 milyard 234 milyon dollar qazanmışıq –