6 ayda “Azəri-Çıraq” neft yatağından 2 milyard 234 milyon dollar qazanmışıq –NEFT FONDU

Bu ilin birinci yarısında (01.01.2021-01.07.2021 tarixinə) Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) “Azəri-Çiraq-Günəşli” (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 2 354,1 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 6,7% çoxdur.

ARDNF-dən verilən məlumata görə, ötən ilin müvafiq dövründə sözügedən göstərici 2 206 mln. dollar səviyyəsində idi.

Məlumata görə, Fondun AÇG yatağı üzrə əldə olunan ümumi gəlirləri (2001-ci ildən etibarən) 151,759 mln. dollar (01.07.2021 tarixinə) təşkil edib.

Xatırladaq ki, ötən il (01.01.2020 – 01.01.2021 tarixinə) ARDNF AÇG blokundan əldə etdiyi gəlirləri 3 522,7 mln. ABŞ dolları təşkil edib.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, “Inpex” – 9,31%, “Equinor” (keçmiş “Statoil”) – 7,27%, “ExxonMobil” – 6,79%, TPAO – 5,73%, “Itochu” – 3,65% və “ONGC Videsh Ltd.” (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblab. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Neft Fondu indiyə qədər büdcəyə köçürdüyü neft pullarının məbləğini açıqladı

Sonrakı məqalə

Moskva sərhəddə atəşin dayandırılması ilə bağlı müraciət etdi –