Neft Fondu ötən il hansı ölkələrdə əmlak alıb? –Nə qədər sərmayə qoyulub? (SİYAHI)

Azərbaycan Dövlət Neft Fondu 2020-ci ildə bir sıra ölkələrdə daşınmaz əmlaka sərmayə qoyub.

Azpost.info bildirir ki, bu barədə Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin layihəsinə Hesablama Palatasının verdiyi rəyində qeyd olunub.

Sənəddə Neft Fondunun daşınmaz əmlak komplekslərinə qoyduğu sərmayənin məbləği açıqlanıb. İnvestisiyaların ümumi miqdarı 2 milyard 570,4 milyon dollar təşkil edib.

Neft Fond London şəhərinin West End səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən dəyəri 117 milyon funt sterlinq təşkil edən ofis kompleksinə, Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri 3 milyard 334,2 milyon rubl təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə, Paris şəhərinin Vendom meydanı 8 ünvanında yerləşən, dəyəri 188,9 milyon avro təşkil edən daşınmaz əmlak kompleksinə və Tokio şəhərində yerləşən və dəyəri 57,232 milyard yapon yeni təşkil edən ticarət mərkəzinə investisiya qoyub.

Bundan əlavə daşınmaz əmlak portfelinə “PGIM”, “AXA Investment Management”, “PAG”, “E-Shang Redwood”, “Gaw Capital”, “Blackstone”, “BlackRock”, “Walton Street”, “Ares”, “GreenOak”, “Starwood”, “Angelo, Gordon & CO” və “FLE SICAV-FIS” tərəfindən idarə olunan fond investisiyaları, “PGIM”, “Gaw Capital”, “BlackRock”, “Walton Street”, “KIC” və “AroundTown” ilə birlikdə müştərək investisiyalar daxil olub.

2020-ci ilin sentyabr ayında ARDNF 521.5 milyard Koreya vonu (bütün xərclər daxil olmaqla) müqabilində Seul şəhərinin mərkəzi-biznes ərazisində yerləşən Payn Avenyu A Qülləsini “Shinhan Card” şirkətinə satıb. 30 sentyabr 2020-ci il tarixinə Fond bu daşınmaz əmlakdan ümumilikdə təqribən 129 milyard Koreya vonu həcmində gəlir (qiymət artımından və icarədən əldə edilən gəlirlər) əldə edib.

2020-ci ilin 9 ayı ərzində əmlak portfelinin gəlirlilik göstəricisi -2,63% təşkil edib.

2020-ci ilin ilk 9 ayı üzrə səhm və daşınmaz əmlak investisiyalarında müşahidə olunan mənfi gəlirliliyin əsas səbəbini ilin əvvəlindən hökm sürən koronavirus pandemiyasının maliyyə bazarlarında yaratdığı qeyri-müəyyənliklə izah etmək olar.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Ordusunun zabiti tabel silahı ilə özünü öldürüb –

Sonrakı məqalə

Minsk Qrupu “dəfni üçün” güzəşt istəyir-