Azərbaycan Ordusunun zabiti tabel silahı ilə özünü öldürüb –İNTİHAR

Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM (Makarov tapançası) markalı tabel silahından istifadə etməklə iyulun 12-də intihar edib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə hərbi xidmətlə əlaqəsi yoxdur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazim İbrahimovun həbs edilmiş qardaşı məhkəmə qarşısına çıxarılır

Sonrakı məqalə

Neft Fondu ötən il hansı ölkələrdə əmlak alıb? –