Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Neft Fondunun icraçı direktoru Əbu-Dabidə işgüzar səfərdə olub

User 05 Dekabr 2025 - 19:15 (Last updated: 05 Dekabr 2025 - 21:40)
neft fondu

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə işgüzar səfər edib. 

Səfər çərçivəsində nümayəndə heyəti yüksək səviyyəli beynəlxalq qurumların rəhbərləri və özəl sektorun aparıcı təmsilçiləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlıq və investisiya imkanları üzrə müzakirələr aparıb.

Səfər zamanı ARDNF nümayəndə heyəti “CVC” Şirkətlər Qrupunun həmtəsisçisi və sədri Rolli van Rapard ilə görüş keçirmişdir. Görüşdə Fondun “CVC” ilə uzunmüddətli əməkdaşlığının hazırkı mərhələsi, müxtəlif aktiv sinifləri üzrə investisiya portfelinin genişləndirilməsi imkanları və qlobal bazarlarda formalaşan yeni trendlər müzakirə edilib.

Nümayəndə heyəti daha sonra “Milken” İnstitutun sədri Maykl Milken ilə görüşüb. Kapital bazarlarının inkişafında mühüm rol oynaması ilə tanınan və uzun illərdir qlobal maliyyə, səhiyyə və təhsil sahələrində təşəbbüslərə dəstək göstərən Maykl Milken ilə keçirilmiş görüşdə institusional investorlara təsir edən qlobal tendensiyalar, davamlı investisiya meyilləri və müxtəlif regionlar üzrə strateji istiqamətlər müzakirə edilmişdir. Tərəflər həmçinin gələcək əməkdaşlıq və bilik mübadiləsi imkanlarını nəzərdən keçiriblr.

ARDNF nümayəndə heyəti Əbu-Dabidə “Milken” İnstitut tərəfindən təşkil olunan “2025 Middle East & Africa” Sammitində də iştirak etmişdir. ARDNF-in icraçı direktorun müavini Rövşən Cavadov Sammit çərçivəsində keçirilmiş “Asiya və Yaxın Şərq arasında investisiya və biznes əlaqələri” adlı paneldə spiker qismində çıxış edib.

Panel müzakirələri zamanı Rövşən Cavadov Asiya və Yaxın Şərq arasında iqtisadi əməkdaşlığın dərinləşdiyini, kapital, innovasiya və istedad axınını gücləndirən yeni tərəfdaşlıq modellərinin formalaşdığını qeyd etmişdir. O, suveren fondların regional dəyər zəncirlərinin möhkəmləndirilməsi, bazar inteqrasiyasına dəstək və iqtisadiyyatın şaxələndirilməsi prosesinə verdiyi töhfələr barədə məlumat vermişdir. Rövşən Cavadov əlavə etmişdir ki, ARDNF uzunmüddətli və dayanıqlı investisiya yanaşması çərçivəsində hər iki regionda yaranan yeni imkanları yaxından izləyir.

AzPost.az

Post navigation

Previous: Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə hazırlıq işləri müzakirə edilib
Next: Həftəlik tirajın növbəti şanslı qalibi məlumdur!

Oxşar xəbərlər

neft serq
  • İqtisadiyyat

Neft 100 dolları keçib – ABŞ-İran razılaşması Azərbaycanın gəlirlərinə necə təsir edəcək?

User 26 Oktyabr 2026 - 10:23
dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 26 Oktyabr 2026 - 09:16
neftimage
  • İqtisadiyyat

Neftimizin qiyməti 127 dollara yaxınlaşır

User 24 Oktyabr 2026 - 10:51

xƏBƏR

hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
“Figaro” və “Le Monde” qəzetləri, demək olar ki, hər gün Azərbaycan əleyhinə materiallar dərc edirlər“. Oxu.Az xəbər...
Read more about “Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev
Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı? tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL gunes stansiyasi
  • Baş Yazı

Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL

User 26 Oktyabr 2026 - 16:12
Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı aile xerc
  • Baş Yazı

Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı

User 26 Oktyabr 2026 - 15:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.