Neft yenidən bahalaşıb

30 İyun 2021 - 09:34

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,55% artaraq 1 barelə görə 74,69 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,74% artaraq 73,52 dollar təşkil edib.