Neftçalanın icra başçısı koronavirusla bağlı növbəti reyd keçirib –Maarifləndirici aksiya (FOTOLAR)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində rayon və şəhər rəhbərləri qarşısında qoyulan tələb və tapşırıqlar nəzərə alaraq, Neftçala rayonunda da bu istiqamətdə həyata keçirilən tədbirlərin miqyası daha da genişləndirilib.⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⠀⠀

Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tərəfindən yaradılan Operativ Qərargahın Monitorinq komissiyasının üzvləri Neftçala rayonu ərazisində mütamadi olaraq reyd və maarifləndirici aksiyalar həyata keçirir. Rayonun ictimai-iaşə və ticarət obyektlərdə, əhalinin sıx toplaşan məhəllələrində, küçə və prospektlərində əhali ilə fərdi söhbətlər apararaq karantin qaydalarına riayət edilməsi tapşırılır. Neftçala Rayon Könüllülər qrupu tərəfindən rayonun mərkəzində əhalinin sıx toplaşdığı ərazilərdə vətəndaşlara pulsuz tibbi maskalar və əlcəklər paylanılır.⠀ ⠀

Həmçinin rayon sakinlərinə, yaşlılara, uşaqlı qadınlara, rayon ərazisində fəaliyyət göstərən sahibkarlara və digər vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri tövsiyyə olunaraq, onlarla maarifləndirici söhbətlər aparılır və vətəndaşlara koronavirus pandemiyasından qorunmaq üçün qaydalar planını əhatələyən məlumat vərəqələri paylanılır.⠀ ⠀

Aksiyaları razılıq hissi ilə qarşılayan vətəndaşlar ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən işləri yüksək qiymətləndirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Karantin rejimini pozan sahibkar həbs edildi

Sonrakı məqalə

Bakıya qanunsuz sərnişin daşıyan taksi sürücüləri həbs edilib