Neftçilər prospekti bu gecədən bağlanır

2022-ci il Formula 1 yarışlarına hazırlıq çərçivəsində Muzey Mərkəzi yaxınlığında, trekin ərazisinə daxil olan hissədə aparılan təmir işləri ilə bağlı bu gecə saat 00:00-dan etibarən Neftçilər prospektində nəqliyyatın hərəkəti dayandırılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, bununla əlaqədar hərəkət iştirakçılarından Azneft dairəsindən alternativ yollardan istifadə etmələrini xahiş olunur.

Əməliyyat Şirkəti şəhər sakinlərinə anlayışlarına görə təşəkkür edir.

Əvvəlki məqalə

Rusiyada Yeltsinin qızının avtomobilinə hücum olub

Sonrakı məqalə

Sumqayıtda gənc qadın kirayə yaşadığı evdə öldürülüb