Martın əvvəlində OPEK-lə razılaşmanı pozaraq, Səudiyyə ilə neft müharibəsinə başlayan Rusiya tərəfi qiymətlərin 30 dollardan aşağı düşəcəyini gözləmirmiş.
Bu barədə Rusiyanın energetika nazirinin müavini Pavel Sorokin bildirib. Onun sözlərinə görə, martdakı danışıqlar (yəni OPEK və Səudiyyə Ərəbistanı ilə danışıqlar) ərəfəsində Rusiya tərəfində hadisələrin necə cərəyan edə biləcfyi ilə bağlı detallı analiz vardı. Amma sonradan məlum olub ki, koronavirusun təsiri sonadək nəzərə alınmayıb: «Biz koronavirusu nəzərə almışdıq, amma indi görünür ki, lazımi dərəcədə yox. Onun təsiri neftin ucuzlaşmasını sürətləndirdi. Biz güman edirdik ki, qərarın qəbulundan sonra neftin qiyməti 30 dollaradək enə bilər. Bu doğrudan da belə oldu, amma təəssüf ki, koronavirus buna əlavə effekt verdi. Yəni bizim üçün şok variant 30 dollarlıq qiymət idi. İndi isə qiyiət daha aşağıdır».
Bununla yanaşı, Rusiya nümaynədəsi bildirib ki, neftin aşağı qiymətləri ABŞ-dakı neft quyularını da çökdürməyə başlayıb. Hər həftə o quyulardan 15-20-si işini dayandırır. Əvvəllər isə bu təsir 3-4 aya hiss olunurdu (yəni əvvəllər neft ucuzlaşandan yalnız 3-4 ay sonra quyular işini dayandırırdı, indi bu proses daha sürətlə baş verir. ABŞ-da neft quyuları bazarda qiymtlərin həddən artıq yüksəlməsinə imkan vermir və onların fəaliyyətini dayandırmasını bütün neft ölkələri arzulayır)». (Fed.az)