ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Birləşmiş Ştatların İtaliyadakı növbəti səfiri olmaq istəyir.
Azpost.info xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
“Pelosi 2022-ci ilin noyabrında keçiriləcək aralıq seçkilərində Respublikaçılar Partiyası aşağı palatada çoxluğu qazanacağı təqdirdə, prezident Co Baydendən ABŞ-ın İtaliyadakı növbəti səfiri vəzifəsinə onun namizədliyini irəli sürməsini istəyəcək”, – məlumatda qeyd olunur.
Pelosinin ofisi xəbəri şərh etməyib.
Azpost.info