Netanyahu Britaniyaya daxil olacağı təqdirdə həbs olunacaq

Böyük Britaniyanın Baş naziri Kir Starmerin ofisi İsrailin Baş naziri Benyamin Netanyahunun Böyük Britaniyaya daxil olacağı təqdirdə həbs olunacağını bildirib.

APA “Sky News“a istinadən xəbər verir ki, bu barədə Baş nazirin rəsmi nümayəndəsi bildirib.

“Böyük Britaniya həmişə milli və həqiqətən də beynəlxalq hüquqda müəyyən edilmiş hüquqi öhdəliklərinə əməl edəcək”, – Hökümət rəsmisi qeyd edib.

Əvvəlki məqalə

“Günəşi içənlər…” –

Sonrakı məqalə

Türkiyədə azərbaycanlı diplomat 70 kq qızılla saxlanılıb –