Niderland Hollandiya adından imtina edib

Niderland hökuməti Hollandiya adından imtina etmək barədə qərar verib.

“Adformatie” portalının verdiyi məlumata görə, hökumət ölkənin obrazını yeniləmək üçün belə bir qərara gəlib.

Hökumət hesab edir ki, Hollandiya adı turistlərdə narkotik və Amstredamın Qırmızı fənər məhəlləsi kimi assosiasiya olunur. Ölkənin yeni imici Niderland adı ətrafında formalaşdırılacaq. Niderland adı beynəlxalq tədbirlərdə, o cümlədən “Avrovision-2020” Mahnı Müsabiqəsində təbliğ olunacaq. Ölkənin futbol üzrə yığma komandası da Hollandiya adından imtina edəcək. Rebrendinq Niderlandı 2020-ci ildə Tokioda keçiriləcək olimpiyada oyunlarında təmsil edəcək idmançılara da şamil olunacaq. (APA)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Səfir Kozlariç “Əsrin müqaviləsi”ndən, Heydər Əliyevdən danışdı:

Sonrakı məqalə

Dövlət Dumasının sədri: