Nijni Novqoroddan Bakıya aviareyslər açılıb

Rusiyanın “İrAero” aviaşirkəti Nijni Novqoroddan Bakıya birbaşa müntəzəm aviareyslər açıb.

Bu barədə “Çkalov” Beynəlxalq Hava Limanının mətbuat xidməti məlumat yayıb.

Bakıya və əks istiqamətə uçuşlar “Suxoy Superjet 100” təyyarələri ilə həftədə bir dəfə yerinə yetiriləcək. Nijni Novqoroddan uçuş cümə axşamı günləri saat 01:00-da olacaq və təyyarə Bakıya saat 05:00-da enəcək. Bakıdan uçuş isə çərşənbə günü saat 21:00-da, Nijni Novqoroda eniş saat 23:00-da həyata keçiriləcək.

Uçuş və eniş saatları hər iki şəhərin yerli vaxtı ilə yerinə yetiriləcək(azərtac).

Əvvəlki məqalə

Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb, məhkəmənin vaxtı məlum olub

Sonrakı məqalə

“Telegram”ın təsisçisi amerikalı jurnalist Taker Karlsona müsahibə verib