Nikah müqaviləsinin məzmunu dəyişib

09 İyul 2021 - 12:23

Nikah müqaviləsi və onun məzmununa dəyişiklik edilir.

Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, nikah müqaviləsinə mediasiyaya dair şərtlər də daxil edilə bilər.

Ailə Məcəlləsinə ailə münasibətlərindən irəli gələn mübahisələrin həlli ilə bağlı yeni 7-1-ci maddə daxil edilir. Layihəyə əsasən, ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn münasibətlərlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.