Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Niyə bütün ölkələrdə sağ tərəfli hərəkət yoxdur?

User 01 Dekabr 2025 - 13:50 (Last updated: 01 Dekabr 2025 - 09:12)
avtomobil yol
Bir çox ölkələrdə qərara alınıb ki, yol hərəkəti sağ tərəfli olmalıdır. Bunun səbəbləri isə düşündüyünüzdən daha qədim və maraqlıdır.
Qaynarinfo xəbər verir ki, yolda hansı tərəflə hərəkət edilməsinin seçimi tarixi razılaşmadır. Nəqliyyatın təhlükəsiz və ardıcıl hərəkət etməsi üçün hamının eyni tərəfdən getməsi vacibdir. Bu, sürücülərə qarşıdan gələn nəqliyyatın hansı tərəfdən gözləniləcəyini aydın şəkildə anlamağa imkan verir. Eyni zamanda, yolların planlaşdırılması – qovşaqlar, işıqforlar və dayanacaqlar – vahid qaydaya uyğunlaşdırıldığı üçün daha asan həyata keçirilir. Bu qayda piyadaların təhlükəsizliyini də artırır.
Hazırda dünyanın böyük hissəsində sağ tərəfli hərəkət mövcuddur. Lakin tarixi baxımdan sol tərəfli hərəkət daha qədimdir.
Niyə qədim dövrlərdə sol tərəflə hərəkət edirdilər?
Qədim zamanlarda yollarda əsasən atlılar olurdu və onların sol tərəfdən hərəkət etməsi daha təhlükəsiz sayılırdı. Əksər döyüşçülər sağ əlindən istifadə etdiyinə görə, sağ əlləri ilə silah çıxarmaq üçün sol tərəfdə olmaq üstünlük verirdi.
Sol tərəfli hərəkətin tarixi Roma imperiyasına qədər gedib çıxır. 1998-ci ildə İngiltərənin Viltşir qraflığında aparılan qazıntılar zamanı tapılan qədim yolun sol hissəsindəki izlərin daha dərin olması yükün sol tərəflə daşındığını göstərir.
Niyə sonradan sağ tərəfli hərəkət üstünlük qazandı?
Zaman keçdikcə sağ tərəfli hərəkət daha geniş yayıldı. Bunun bir səbəbi döyüşçülərin istifadə etdiyi qalxanların solda daşınması ilə izah edilir: müdafiə üçün qalxan solda, hücum üçün silah sağda olurdu. Eyni zamanda, iri arabaların meydana çıxması ilə sol tərəfdə oturan sürücülər üçün sağ tərəflə hərəkət etmək daha rahat idi — beləliklə, qarşıdan gələn arabaları daha yaxşı görə bilirdilər.
Bəzi mənbələr sağ tərəfli hərəkətin yayılmasını Napoleonun islahatları ilə əlaqələndirir. Fransanın təsiri altında olan bir çox ölkələr sağ tərəfli hərəkətə keçmişdi. Böyük Britaniya və onun müstəmləkələrində isə sol tərəfli hərəkət qorunub qaldı.
Amerika da öz müstəqilliyini elan etdikdən sonra Britaniyadan uzaqlaşmaq üçün sağ tərəfli hərəkəti qəbul etmişdi.
Hansı ölkələrdə sol tərəfli hərəkət var?
Hazırda təxminən 70 ölkədə sol tərəfli hərəkət qanunla təsbit olunub. Onların əksəriyyəti Böyük Britaniya ilə tarixi bağlara malikdir. Avropada Britaniya ilə yanaşı, İrlandiya, Kipr və Malta da sol tərəfli hərəkətə malikdir.
Asiya və Afrika ölkələrinin bir hissəsində, eləcə də Avstraliya və bəzi kiçik Amerika ölkələrində də sol tərəfli hərəkətdən istifadə olunur.
Sol tərəfli hərəkətə keçid yeni məsələ deyil. Son nümunələrdən biri Samoa dövlətidir – burada 2009-cu ildə Avstraliyadan sağ sükanlı avtomobillərin idxalını asanlaşdırmaq üçün sol tərəfli hərəkət tətbiq olunmuşdu.
Göründüyü kimi, sağ və ya sol tərəfli yol hərəkətinin seçimi tarixi ənənələr, döyüş vərdişləri və siyasi təsirlərin nəticəsidir.

AzPost.az

Post navigation

Previous: Süni intellekt insanın müstəqil qərar qəbul etmək qabiliyyətini azaldır
Next: Dünyanın ən çox əhalisi olan şəhərləri açıqlanıb

Oxşar xəbərlər

pensiya02
  • Sosial

Pensiyalar 2027-ci ildə nə qədər artacaq? – Yeni büdcədən gözləntilər

User 05 Noyabr 2026 - 09:52
felaket
  • Sosial

33 ölkə əhaliyə 72 saatlıq ehtiyat toplamağı tövsiyə edir – Dünya nəyə hazırlaşır?

User 04 Noyabr 2026 - 18:36
soyutma
  • Sosial

Soyuduculara kiberhücum təhlükəsi – Məhsullar xarab ola bilər / RƏSMİ

User 04 Noyabr 2026 - 17:56

xƏBƏR

tramp
  • Dünya

Ağ Evdən Trampın rəqiblərinə sərt mesaj – “Bütün planları iflasa uğrayacaq”

User 05 Noyabr 2026 - 10:13
ABŞ prezident administrasiyası bəyanat yayaraq bildirib ki, demokratların Donald Trampın prezidentliyinin qarşıdakı iki ili ərzində onun planlarını...
Read more about Ağ Evdən Trampın rəqiblərinə sərt mesaj – “Bütün planları iflasa uğrayacaq”
5 noyabrın ulduz falı – Hansı bürcləri sevgi, pul və yeni fürsətlər gözləyir? burcler
  • Maraqlı

5 noyabrın ulduz falı – Hansı bürcləri sevgi, pul və yeni fürsətlər gözləyir?

User 05 Noyabr 2026 - 10:00
Pensiyalar 2027-ci ildə nə qədər artacaq? – Yeni büdcədən gözləntilər pensiya02
  • Sosial

Pensiyalar 2027-ci ildə nə qədər artacaq? – Yeni büdcədən gözləntilər

User 05 Noyabr 2026 - 09:52
ABŞ Konqresinə ən azı 7 müsəlman siyasətçi seçilib – Tarixi rekord abs konqres
  • Dünya

ABŞ Konqresinə ən azı 7 müsəlman siyasətçi seçilib – Tarixi rekord

User 05 Noyabr 2026 - 09:43
İranla müharibəni yenidən başlada bilər – Tehranın reaksiyası Vaşinqtonu qəzəbləndirdi? abs iran savas
  • Dünya

İranla müharibəni yenidən başlada bilər – Tehranın reaksiyası Vaşinqtonu qəzəbləndirdi?

User 05 Noyabr 2026 - 09:37
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.