Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Nizami Rayon İcra Şöbəsi məhkəmə qərarını 4 ildən çoxdur niyə icra etmir?

Orkhan Ali 05 Fevral 2026 - 10:00 (Last updated: 05 Fevral 2026 - 10:47)
xəbərdarlıq edilib

xəbərdarlıq edilib

Bakıda Nizami Rayon İcra Şöbəsinin fəaliyyəti ilə bağlı vətəndaş narazılığı gündəmə gəlib. AzPost xəbər verir ki, vətəndaş Taleh Hüseynov sosial şəbəkədə etdiyi paylaşımda bildirib ki, Həsənov Teymur adlı şəxs atasından torpaq almaq adı ilə pul alaraq dələduzluq edib. Onun sözlərinə görə, borclu şəxs pulu qaytarmamaq üçün adına olan avtomobilləri oğlunun adına keçirib və icra məmurunun rəsmi çağırışlarına gəlmir.

Şikayətçi iddia edir ki, məhkəmə qərarı olmasına baxmayaraq, artıq 4 ildən çoxdur qərar icra edilmir. Vətəndaşın sözlərinə görə, dəfələrlə İcra Baş İdarəsinə müraciət edilsə də, problem həllini tapmayıb və borclu şəxs barəsində cinayət işinin başlanması üçün lazımi tədbirlər görülmür.

Taleh Hüseynov yaranmış vəziyyəti hüquqi boşluqlarla əlaqələndirərək bildirib ki, belə hallarda pulların geri qaytarılması ciddi problemə çevrilir və bu da dələduzluq hallarının artmasına şərait yaradır. O, borclu şəxsin Keşlə qəsəbəsində yaşadığını qeyd edərək vətəndaşları ehtiyatlı olmağa çağırıb.

Qanunvericiliyə görə vətəndaş nə edə bilər?

Hüquqşünasların bildirdiyinə görə, belə hallarda vətəndaş aşağıdakı addımları ata bilər:

  • İcra məmurunun hərəkətsizliyi ilə bağlı məhkəməyə şikayət verilə bilər (İcra haqqında qanunun tələblərinə əsasən).

  • Borclunun əmlakını gizlətməsi faktı üzrə prokurorluğa müraciət edilərək cinayət məsuliyyəti tələb oluna bilər.

  • Borcun ödənilməsindən yayınma sübut olunarsa, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə işin başlanması mümkündür.

  • Əmlakın qohumların adına keçirilməsi hallarında həmin əməliyyatların etibarsız sayılması üçün məhkəməyə iddia qaldırıla bilər.

  • Paralel olaraq Ədliyyə Nazirliyi və Ombudsman Aparatına rəsmi şikayət göndərilməsi tövsiyə olunur.

Qeyd edilir ki, məhkəmə qərarlarının icra olunmaması qanunla yolverilməz hesab olunur və məsul şəxslər barəsində tədbir görülməlidir.

Bir bunu deyən yazı "alagadar olan masraflard Hamin Macallanin 119. 1-ci maddasinin talablarina göra. mahkama Xerclariödanilm ablarinmablağina münasib olaraq işda Mahkama qeyd olunanlara asasen şaxslara aid edilir. -callasinin 216-220-ci, 360-C maddalarin Respublikasının Mülki-Prosessual tutaraq, mahkama Qatetdi İddia gisman tamin edilsin. Cavabdehlar Tanrıverdiyev Rauf Cemşid oğludan, Tanriverdiyev Cemşid Masim oğludan va Hasanov Teymur Yayca oğlundan müstarak qaydada 11000 0(onbirmin)AB ABS dollari (ödaniş günü dolların manata olan mazannasi ila manatla), 5000 (on (beş 5000(bes)_manat_V )manatva danilmiş 30manat dövlatr üsumu tutulsun. İddia talabi qalan hissada tamin edilmasin. Qatnamaden 1ay müddatinda Bakı Şahari Nizami Rayon MahkemesivasiteasilaBak Mahkamasi pellyasiya Mehkamesina apellyasiya şikayati verila bilar. Sadrlik edan Fikrat Mirzayev" şəkili ola bilər

AzPost.az

Post navigation

Previous: “Kontakt Home” müştərinin problemini niyə həll etmir?
Next: “Kassada biabır oldum”

Oxşar xəbərlər

4d7fd4cb-d7b2-434c-b4ea-93924d3a0e7d
  • Aktual

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? – AÇIQLAMA

Orkhan Ali 18 Noyabr 2026 - 15:46
ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18

xƏBƏR

kulek
  • Sosial

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

User 21 Noyabr 2026 - 16:58
Noyabrın 22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya...
Read more about Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb su polisi
  • Sosial

Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb

User 21 Noyabr 2026 - 15:16
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib ilham xanim vyetnam
  • Siyasət

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

User 21 Noyabr 2026 - 15:10
“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan pasinyan01
  • Dünya

“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan

User 21 Noyabr 2026 - 15:08
Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin” putin kustirtisa01
  • Dünya

Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin”

User 21 Noyabr 2026 - 13:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.