Norveç kralı V Harold xəstəxanaya yerləşdirilib

25 Sentyabr 2020 - 14:12

Norveç kralı V Harold xəstəxanaya yerləşdirilib.

Norveç teleqraf bürosunun xəbərinə görə, bu barədə kral sarayı məlumat yayıb.

83 yaşlı kralın səhhətində hansı poroblem yarandığı açıqlanmır.

Qeyd olunur ki, kralın səlahiyyətlərini müvəqqəti vəliəhd Haakon icra edəcək.