Norveç Kralının başı gicəlləndi –

kral norvec

Norveç Kralı V Harald dekabrın 8-də xəstəxanaya yerləşdirilib.

Bu barədə Norveç Kral ailəsinin mətbuat xidməti xəbər yayıb.

Məlumatda deyilir: “Əlahəzrət Kral V Harald, dekabrın 8-də baş gicəllənmə səbəbiylə xəstəxanaya yerləşdirilib. Heç bir ciddi xəstəlik tapılmayıb”.

Səhhətində problemlər səbəbi ilə 87 yaşlı Kral iki həftə xəstəlik məzuniyyətinə çıxacaq. Bu müddətdə onun vəzifələrini oğlu, Vəliəhd Şahzadə Hokon icra edəcək.(Trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir