“Zərurət yaranarsa, krallığın hakimiyyət orqanları rusiyalı turistlər üçün sərhədi bağlaya bilər”.
Azpost.info xəbər verir ki, bunu Norveçin ədliyyə və fövqəladə hallar naziri Emilie Enger Mel bildirib.
“Lazım gələrsə, sərhədi tez bağlayacağıq. Finlandiya ilə müqayisədə Norveçə daha az adam gəlir və burada vəziyyət fərqlidir. “Sturskoq”- Rusiya ilə sərhəddəki yeganə keçid məntəqəmizdir”, – nazir deyib.
O da qeyd olunur ki, Norveç-Rusiya sərhədinin qanunsuz keçmə riskinin artması səbəbindən hökumət hazırlıq və nəzarəti artırıb.
Azpost.info
