Notariusda hansı sənədlərə görə rüsum tutulmayacaq?-SƏRƏNCAM

Azərbaycanda notariat hərəkətlərinin aparılması üçün dövlət rüsumunun və haqqının tutulmasının xüsusiyyətləri müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Notariat haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə sənədlərin surətlərinin təsdiqinə, habelə digər notariat hərəkətlərinin aparılması çərçivəsində elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsi ilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcılara keçirilərək təsdiqinə görə dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmayacaq.

Qanun 1 mart 2021-ci ildən qüvvəyə minəcək.

Nazirlər Kabinetinə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin etmək məqsədilə iki ay müddətində, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həmin Təlimata müvafiq dəyişikliklər etmək tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sənədlərin tərcüməsi və düzgünlüyünün təsdiqi üçün rusum 1 manat 50 qəpik oldu –

Sonrakı məqalə

“Azərlotereya”nın idarəçiliyi Türkiyə şirkətinə verildi –