Növbəti 24 saat Rusiya prezidenti Vladimir Putin üçün kritik olacaq.
Azpost.info bildirir ki, bu barədə CNN məlumat yayıb.
Amerikalı analitiklər “Vaqner”in rəhbəri Priqojinin silahlı üsyanını Putinin 23 illik hakimiyyəti dövründə “ən ciddi təhlükə” adlandırırlar.
Ekspertlər bu üsyanın səbəbi kimi Rusiyanın Ukraynadakı hərbi uğursuzluqlarını göstərirlər. İndi Moskva elitasını iflasdan xilas edə biləcək yeganə şey qardaş qırğınıdır.
Amerikalı analitiklər yazır ki, Priqojin üsyanının arxasında çətin ki, Kreml dayanır. Bunu Rusiya hakimiyyətinin Rostov üzərində nəzarəti itirməsi sübut edir.
Bununla belə, CNN-də hesab edirlər ki, Priqojinin bu addımı bir müddət əvəvl planlaşdırıb. Vaqnerin muzdlularının sürətlə toplanıb bir günün içində Rostova daxil olması mümkünsüzdür. Məqalədə deyilir ki, bunu bir gündə spontan formada etmək çətindir.
Analitiklərin fikrincə, bəlkə də Priqojin bununla sadəcə olaraq Putini hərbi rəhbərliyi dəyişməyə sövq etmək istəyib. Lakin “aşpazının” hərəkətlərini “xəyanət” adlandıran Putinin müraciəti göstərir ki, “Vaqner”in lideri uğur qazana bilməyib.
Azpost.info