Nurməhəmmədov – Qetji döyüşü azarkeşsiz keçiriləcək

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovla amerikalı Castin Qetji arasında döyüş azarkeşsiz keçiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Nurməhəmmədov Moskvada döyüş sənətləri forumunda onlayn-konfrans zamanı bildirib.

“Yarış qapalı olacaq, azarkeşlər olmayacaq. Ona görə əzizlərim məni səhnə arxasında gözləyəcəklər – mehmanxanada”, – Nurməhəmmədov deyib.

Təkbətək döyüş UFC 254 turniri çərçivəsində 24 oktyabrda “Döyüş adası”nda (Əbu-Dabi, BƏƏ) keçiriləcək. 31 yaşlı Nurməhəmmədov hazırda Dubaydadır, o, döyüşə hazırlığını davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada MSK-nın saytına haker hücumları edilir

Sonrakı məqalə

“Makronun rəhbərliyi ilə burada təxribat törədilir” –