“Nüvə müharibəsi son çarədir”.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Qərbdə onun mümkünlüyü ilə bağlı müzakirələr məsuliyyətsizlikdir.
Peskovdan ABŞ-ın nüvə müharibəsindən qorxub-qorxmadığını soruşduqda, o, cavabında belı deyib: “Əgər insandırlarsa, deməli, bundan qorxmalıdırlar. Nüvə müharibəsi haqqında, indi Qərbdə – Avropa paytaxtlarında, ABŞ-da çox yayılan bütün söhbətlər son dərəcə məsuliyyətsizdir”.
Peskov onu da qeyd edib ki, Moskvanın nüvə silahından mümkün istifadəsinin bütün səbəbləri nüvə doktrinasında öz əksini tapıb.
Azpost.info