“The Economist” dərgisi koronavirus pandemiyasının iş yerləri kimi ofislərin gələcəyinə təsirindən yazır, rutin və rahatlığına baxmayaraq, bu məsələnin iqtisadi qeyri-müəyyənlik və mübahisələrə yol açdığını vurğulayır.
Artıq Fransada ofis işçilərinin 84 faizi işə qayıdıb, Britaniyada bu göstərici 40 faizdən də azdır. Twitter sosial şəbəkəsinin başçısı Cek Dörsi deyib ki, əməkdaşları “həmişəlik” evdən işləyə bilərlər. Amma Netflix-in qurucusu Rid Hastinqz evdən işləməyi “tamamilə mənfi” tendensiya hesab edir.
Şəhər mərkəzlərini yenidən qurmaq…
Məqalədə qeyd olunur ki, pandemiya 20-ci əsrin qalıqları kimi idarə olunan çoxsaylı ofisin mövcudluğunu üzə çıxardı. Yeni era ümidverici olsa da, özüylə təhdidlər də gətirir, həm də təkcə şirkətlərin qaydalarına deyil. Artıq hökumətlər köhnəlmiş iş qanunlarını dəyişməli, şəhər mərkəzlərini yenidən qurmalı olacaqlar.
Yazıda deyilir ki, pandemiyadan qabaq WeWork tipli çevik ofis şirkətlərinin qlobal bazarda payı 5 faizdən aşağı idi. Covid-19 isə hər şeyi alt üst-edib. Koronavirus yayılmamışdam amerikalıların yalnız 3 faizi daimi olaraq evdən işləyirdisə, indi artıq işçi qüvvəsinin böyük hissəsi bunun “dadına baxıb”.
Bəs görəsən, vaksin tapılandan sonra durum dəyişəcəkmi? Almaniyada ofis işçilərinin 74 faizi iş yerinə getsə də, onların yalnız yarısı həftədə 5 gün işdə olur. Yəni, burada balans sənaye sahəsi və şəhərdən asılı olacaq. Rahat nəqliyyatı olan yerlərdə daha çox işçi ofisə gedəcək, meqaşəhərlərdə isə bu say daha az ola bilər.
Hazırda dünyada 28 milyondan artıq insanın koronavirusa yoluxduğu təsdiqlənib, ölənlərin sayı 910 minə yaxınlaşır.