Oğuz sakini səhər tezdən qonşusunu güllələyərək öldürdü –Polisi qatili tutub

Oğuzda silahlı insident baş verib.

Hadisə bu gün səhər saatlarında rayonun Kərimli kəndində qeydə alınıb. Güllələnən şəxs hadisə yerində ölüb.

Araşdırmalar nəticəsində güllələnərək öldürülən şəxsin rayonun Kərimli kənd sakini, 1965-ci il təvəllüdlü Elşən Füruddin oğlu Abdullayev olması müəyyən edilib. O, qonşusu Məsimov Zərqəm Məmməd oğlu tərəfindən ov tüfəngi ilə güllələnib.

Qonşusunu güllələyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qonşusunu öldürməkdə şübhəli bilinən Zərqəm Məsimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Ondan cinayətdə istifadə etdiyi “Tula” markalı tüfəng götürülüb.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə ordusunun zərbələri nəticəsində Suriya ordusu 1709 itki verib

Sonrakı məqalə

Həbs edilən sabiq icra başçısı rayonu belə talayıb –