Oğuzda yol qəzasında bir polis ölüb, digər əməkdaş ağır yaralanıb

Oğuzda baş verən ağır yol qəzasında polis əməkdaşı ölüb, daha bir polis əməkdaşı isə ağır xəsarət alıb.

Hadisə gecə saat 03 radələrində Oğuz şəhər ərazisində baş verib.

Rayonun Filfilli kənd sakini, 1995-ci il təvəllüdlü Şamxal Fərdar oğlu Seyidəliyev idarə etdiyi “Mercedes” markalı avtomobili yol kənarındakı ağaca vurub.

Qəza zamanı sürücü Ş. Seyidəliyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, rayonun Yemişənli kənd sakini, 1998-ci il təvəllüdlü İbrahim Nizami oğlu Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı öncə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Şəki RMX-da İ. Səfərova ilkin yardım göstərildikdən sonra Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəza zamanı ölən və yaralanan şəxslər polis əməkdaşıdır. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Maaş və pensiyaların artırılması üçün 1 milyard 440 milyon manat ayrılıb –

Sonrakı məqalə

“Azadinfo.az” saytının rəhbəri Mahir Xəttabın məhkəməsi başlayıb