“Oktyabrın 3-də Tiflisdə etiraz aksiyasına qoşulacağam. Sizi gözləyirəm…” –Saakaşvili bəyanat verdi

Hamımız başa düşməliyik ki, “Gürcü arzusu”na səs vermək Gürcüstan üçün ölüm hökmüdür. Odur ki, ölkəni xilas etmək üçün oktyabrın 2-də biz hamımız seçkilərə getməliyik. Oktyabrın 3-də isə seçkinin nətcələrini qorumaq üçün bütün Gürcüstanla Tifilisə doğru hərəkət etməliyik. Mən həmin yürüş dəstələrinin birinə qoşulacağam”.

Azpost.info bildirir ki, bu sözləri Gürcüstanın sabiq prezienti Mixeil Saakaşvili bəyan edib.

Onun sözlərinə görə, yürüç kolonlarını çoxsaylı olması vacibdir: “Bu ona görə lazımdır ki, hökumət məni tutub saxlaya bilməsin. Əgər bu hakimiyyət məni tez həbs etməyə nail olsa bu bizi daha da güclənidrməlidir. Mən heç bir halda geri çəkilməyəcəyəm. Sizin də belə addım atacağınıza ümid edirəm.”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Saakaşvili dövlət sərhədindən keçməyib” –

Sonrakı məqalə

Qubada zəlzələ olub