“Ölən və yaralanan rus hərbçilərinin sayı 70-80 mindir”- PENTAQON

“Ukraynada müharibə başlayandan bəri ölən və yaralanan rus hərbçilərinin sayı 70-80 mindir”.

Azpost.info xəbər verir ki, jurnalistlərə ABŞ müdafiə nazirinin müavini Kolin Kol bildirib.

O qeyd edib ki, söhbət, döyüş meydanında ölən və yaralananlardan gedir: “Bu rəqəm bir az aşağı və ya bir qədər yüksək ola bilər, amma məncə, doğrudur”.

Eyni zamanda, Pentaqonun rəsmisi deyib ki, belə təsirli itkilərə baxmayaraq, Rusiya fevralın sonunda Ukraynaya müdaxilə zamanı prezident Vladimir Putinin bəyan etdiyi məqsədlərin heç birinə nail olmayıb: “Onun əsas məqsədi bütün ölkəni ələ keçirmək, Kiyevdə hakimiyyət dəyişikliyinə nail olmaq və Ukraynanı müstəqil, suveren və demokratik bir xalq kimi məhv etmək idi. Bunların heç biri baş vermədi”.

Kol Ukrayna tərəfinin də canlı qüvvə baxımından əhəmiyyətli itkilər verdiyini etiraf edib, lakin heç bir rəqəm açıqlamayıb.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyev Konyada Fələstinin Baş nazirini qəbul edib

Sonrakı məqalə

Mehriban Əliyeva Konyada Mövlanə muzeyini ziyarət edib –