Ölkə ərazisində 99 minə yaxın yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Dövlət Vergi Xidmətindən  bildirilib ki, indiyədək ölkə ərazisində 98 min 863 ədəd yeni nəsil NKA quraşdırılıb.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Bu ilin yanvar-iyun ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 11 milyard 377,8 milyon manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz və ya 1 milyard manat çoxdur.

Əvvəlki məqalə

Britaniyada işçilər iş saatlarını özləri seçə biləcək

Sonrakı məqalə

Körpəsinə ana südünü verən ana mütləq düzgün qidalanmalıdır