Ölkə üzrə koronavirusa yoluxan xəstələrin təxminən 20 faizini uşaqlar təşkil edir –

NAZİRLİK
03 Noyabr 2020 - 14:27

“12 yaşdan kiçik olan uşaqlarda COVID-19 virusu aşkar edildikdə onlar dərhal sahə pediatrının nəzarəti altına götürülür”.

Bunu Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi üçün yaradılmış işçi qrupunun üzvü Sevda Məmmədova bildirib.

Onun sözlərinə görə, xəstəliyin gedişatına uyğun olaraq onlar müşahidə altında tutulur, ağırlaşma halları baş verdikdə isə dərhal xəstəxanaya yerləşdirilir: “Uşaqlar böyüklərlə müqayisədə COVID-19 xəstəliyini simptomsuz və yaxud olduqca yüngül simptomlarla keçirir. Ümumiyyətlə, uşaqlar ölkə üzrə koronavirusa yoluxan xəstələrin təxminən 20%-ni təşkil edir”.