Döyüş sənətləri və onların fəlsəfəsi üzrə professor, doktor, beynəlxalq dərəcəli təlimatçı və hakim Süleyman Məmmədli vəfat edib.
S.Məmmədli 73 yaşında dünyasını dəyişib. O, Şərq əlbəyaxa döyüş növlərinin Azərbaycandakı qurucularından sayılrdı.
Süleyman Məmmədli 1948-ci ildə Tovuzda anadan olub. 1969-cu ildə ilk dəfə karate idman növüylə tanış olduqdan sonra Şərq döyüş növləriylə məşul olmağa başlayıb.1980-ci illərdə şəxsi çağırışla Macarıstana gedib və idman dərəcəsi alıb. 70-dən artıq döyüş sənətini bilirdi. 1983-cü ildə Macarıstana növbəti səfər zamanı bura məşq keçməyə gəlmiş kyokşinkayın yaradıcısı məşhur Ayamayla tanış olub.
1990-cı illərdən başlayaraq taekvando ilə də məşğul olmağa başlayıb. Müxtəlif beynəlxalq seminarlarda iştirak eləmiş, 47 dövlətdə olub. 4 növ üzrə 10-cu dan qara kəmər, 10 növdən isə Qrand masterdir. Beynəlxalq dərəcəli hakim və eyni zamanda gənclərlə birgə yarışlarda çıxış edirdi.
Bir çox döyüş növlərini Azərbaycana məhz o gətirib. Belə ki, Azərbaycanda taekvandonun, hapkidonun, uşunun,kikboksinqin, subakso tanqsudonun, çun kundonun, Tae Kuk Mu Sul-un, Cit Kun Do-nun, Donq Ku Yudo Kvan-ın və s. yaradıcısıdır.
Allah rəhmət eləsin!